Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Həsənova vəfat edib


APA-nın məlumata görə, Q. Həsənova doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində 88 yaşında dünyasını dəyişib.

Q. Həsənova 1924-cü ildə anadan olub.

Pambıqçılıqda yüksək əməyinə görə, 1947-ci ildə Lenin ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib.

1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib.

Q. Həsənova SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP
MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib.

6 Lenin, 2 Oktyabr İnqilabı, 1 Qırmızı Əmək Bayrağı, 1 Xalqlar Dostluğu ordenləri, müxtəlif medal və dövlət mükafatları ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub.
XS
SM
MD
LG