Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 09:21

Qahirədəki Almaniya səfirliyinə hücum edən şəxs saxlanıb

Qahirədəki Almaniya səfirliyinə əl qumbaraları atan və mühavizəçini döymək istəyən şəxs yaxalanıb.

Polisin məlumatına görə, o bununla Berlində Məhəmməd peyğəmbərin karikaturlarının nümayiş etdirilməsinə etiraz bildirib.

Səfirliyə hücum zamanı xəsarət alan olmayıb, amma binaya xəsarət dəyib.

Qatı sağçı “Almaniya uğrunda” hərəkatın tərəfdarları ötən bazar Berlində İslam əleyhinə nümayiş keçiriblər.

Aksiya zamanı Məhəmməd peyğəmbərin karikaturları da nümayiş etdieilib.

Almaniya məhkəməsi aksiya ərəfəsində karikaturların nümayiş etdirilməməsi ilə bağlı bir sıra məsçidlərin şikayətini təmin etməyib.
This item is part of
XS
SM
MD
LG