Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:40

Şah Rux Xan barəsində istintaq başlayır


Hindistan milli bayrağını təhqir iddiası ilə məşhur film ulduzlarından biri Şah Rux Xan barəsində polis istintaqa başlayıb.

Ölkənin qərbində yerləşən Pune şəhər polisi bildirib ki, istintaq yerli siyasətçi Ravi Brahmenin şikayəti əsasında aparılır.

YouTube-da yerləşdirilmiş bir videoda görünür ki, Xan üçrəngli Hindistan bayrağını tərsinə tutub.

Pune polisi araşdırma ilə bağlı Mumbay polisindən yardım istəyib. Mumbayda Hindistanın məşhur film sənayesi olan Bollyvud yerləşir. Şah Rux Xan Bollivudda yaşayır.

Siyasətçi Brahme bugünlərdə oxşar şikayəti mumbaylı model gena Vashistə qarşı da qaldırıb. Siyasətçi modeli üstünə milli bayraq dizayn edilmiş bikini geyindiyinə görə təhqirdə ittiham edir.
XS
SM
MD
LG