Keçid linkləri

2025, 18 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:53

Milyarder Soros Mançester Yunayted futbol klubunun səhmərini alır


Amerikalı milyarder investor George Soros Mançester Yunayted futbol klubunun 2 faizinə sahib olub. ABŞ-ın Qiymətli kağızlar Komissiyasının verdiyi məlumata görə, Soros bu ayın əvvəlində yetərincə əlverişli qiymətlərlə klubun A class səhmlərinin 7.85 faizini alıb.

Bu da Sorosun İngiltərə Premyer Liqasında çempionluğa oynayan klubun 2 faizinə sahib olması anlamına gəlir.

Mançester Yunaytedin Nyu York birjasındakı səhmlərinin qiyməti 7 faiz düşsə də, birja dəyəri hazırda 2.3 milyard dollarla dünyanın ən bahalı klubudur.
XS
SM
MD
LG