Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:20

Türkiyə BMT-ni Suriyada dinc sakinlər üçün təcili təhlükəsiz zonalar yaratmağa çağırır



Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu bildirir ki, BMT Suriyada hökumət və müxalifət qüvvələri arasında döyüşdən qaçan mülki sakinlərin mühafizəsi üçün “təhlükəsizlik zonası” yaratmalıdır. HURRİYET qəzeti avqustun 20-də Ahmet Davutogluna istinadla yazır ki, nazir BMT-ni təcili Suriyanın sərhədləri daxilində belə zonalar yaradıb mülki sakinlərin mühafizəsini təşkil etməyə çağırır.

Davutoglu bildirir ki, onun ölkəsi 100 000 nəfərdən çox qaçqına sığınacaq verə bilməyəcək.

Keçən həftə Suriyada Hələb şəhəri uğrunda gedən döyüşlərə görə Türkiyəyə qaçan suriyalıların sayı kəskin artaraq 70 000 nəfərə çatıb.

Ötən şənbə günündən başlayaraq Türkiyə hökuməti Suriya sərhədləri daxilində də köçkünlərə humanitar yardımlar paylamağa başlayıb.
XS
SM
MD
LG