Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:43

Nümayəndələr Palatasının üzvü İsraildə dənizə lüt girdiyi üçün üzr istəyir


ABŞ-da Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Kevin Yoder keçən il İsraildə olarkən çimərliyə lüt girdiyi üçün üzr istəyib.

Politico xəbər saytının məlumatına görə hadisə keçən ilin avqustunda 30 nəfərlik nümayəndə heyətinin İsraildə səfərdə olması zamanı baş verib. Onlar içkili halda dənizə çimməyə gediblər. Heyət üzvlərinin hamısı çimərlik paltarında olsa da Kevin Yoder dənizə lüt girdiyini etiraf edib.

Sayt həmin ərazidə olan yəhudilərin Kevin Yoder`in bu hərəkətindən narahat olduqlarını bildirir.
XS
SM
MD
LG