Moskvada OMON-çulardan biri şikayət edib ki, şahmat üzrə keçmiş Dünya Çempionu Garry Kasparov etiraz aksiyasında saxlanarkən onu dişləyib. Kasparov isə əksinə polisin onu döydüyünü deyir.
AzadlıqRadiosunun rus redaksiyasının məlumatına görə hadisə avqustun 17-də Pussy Riot rok qrupu üzvlərinin məhkəməsi zamanı keçirilən etiraz aksiyasında baş verib. Həm də müxalifət liderlərindən biri olan Garry Kasparov həbsdə olan qızların müdafiəsi üçün keçirilən etiraz aksiyasında iştirak edərkən polis əməkdaşı ilə onun arasında qarşıdurma baş verib.
İndi OMON-çu keçmiş Dünya Çempionunu onu dişləməkdə, Kasparov isə polis əməkdaşı onu döyməkdə ittiham edir.
İnterfax agentliyinin məlumatına görə Garry Kasparov də Rusiya Prokurorluğuna müraciət edərək onu döyən polis əməkdaşının cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət edib. Amma hələlik onun şikayəti üzrə cinayət işinin açılıb-açılmayacağı məlum deyil.
Dişləndiyini deyən polis əməkdaşının şikayəti əsasında isə artıq Garry Kasparov bir dəfə dindirilib.
Kasparovun həbsi zamanı çəkilmiuş bəzi fotolar: