Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:07

«Pussy Riot» əfv istəmir


«Pussy Riot» üzvü Nadezhda Tolokonnikova
«Pussy Riot» üzvü Nadezhda Tolokonnikova
-

Rusiyanın qadınlardan ibarət punk-rock qrupu «Pussy Riot» üzvləri 2 illik həbslə bağlı prezident Vladimir Putinə əfv müraciəti etməyəcəklər. Bunu qrupun vəkili Nikolay Polozov bildirib.

«Cəhənnəm olsun o əfv»- Polozov FransPress Agentliyinə belə deyib.

Polozovun sözlərinə görə, vəkillər xuliqanlıqda ittiham olunan qadınlarla bağlı məhkəmənin həbs qərarından şikayət verəcəklər.

Onun dediyinə görə, Rusiya qanunvericiliyi müdafiəçilərə və vəkillərə məhkəmə qərarlarının surətini 5 gün ərzində almaq hüququ verir. Qərarı əldə etdikdən sonra 10 gün ərzində Polozov apelyasiya şikayəti veriləcəyini deyib.

Avqustun 17-də Pussy Riot rok qrupunun həbsdə olan 3 qadın üzvünün hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar xuliqanlıqda ittiham olunur. Qrup üzvləri ittiham üzrə özlərini təqsirli bilmirlər.

«Pussy Riot»un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu «punk-dua» etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG