Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:23

İran və Ermənistan Qafqazda ən böyük elektrik stansiyası tikir


İran və Ermənistan arasında imzalanan müqaviləyə əsasən avqustun 22-də Meqridə birgə su-elektrik stansiyasının tikintisinə başlanır. Ermənistanın Enerji və təbii sərvətlər nazirliyinin sözçüsü Lusine Arutunyan bildirib ki, iki ölkə Cənubi Qafqazda ən iri elektrik stansiyasını tikəcəklər. Stansiya Ermənistan hissəsində Meqri, İran tərəfdə isə Qaraçinar olacaq. 139 meqavat gücündəki stansiya 739 kilovaat/saat enerji istehsal edəcək.

Avqustun 22-də başlanan tikinti işləri 5 il davam edəcək və 323 milyon dollara başa gəlməsi nəzərdə tutulur. Tikintini İranlı investisiya şirkəti maliyyələşdirir.
XS
SM
MD
LG