Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

BMT-nin Suriyadakı müşahidə missiyası başa çatıb


Arxiv foto: Suriya Azadlıq Ordusunun üzvləri
Arxiv foto: Suriya Azadlıq Ordusunun üzvləri
Avqustun 20-də BMT-nin Suriyadakı müşahidə missiyası rəsmən başa çatıb.

300 nəfərlik müşahidəçidən ibarət komanda keçmiş nümayəndə Kofi Annanın planına uyğun olaraq üsyançılar və hökumət qüvvələri arasında kəskin münasibətlərə nəzarət etmək üçün Suriyaya tədricən yerləşdirilmişdi.

BMT və Ərəb Dövlətləri Liqasının Suriya məsələləri üzrə xüsusi elçisi Kofi Annan bu ayın əvvəlində tutduğu vəzifədən istefa verib. O, bildirib ki, buna səbəb sülh planının praktiki baxımdan gerçəkləşdirilməsinin mümkünsüzlüyü olub.

Onun varisi Əlcəzairin sabiq xarici işlər naziri Laxdar Brahimi deyib ki, onun vəzifəsi vətəndaş müharibəsinə birdəfəlik son qoymaqdır.

Suriya müxalifəti rejim əleyhinə 17 aydır davam edən etirazlarda 20 mindən çox insanın öldüyünü bildirir.
XS
SM
MD
LG