Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 15:10

BMT-nin Suriyadakı müşahidə missiyası başa çatıb


Avqustun 20-də BMT-nin Suriyadakı müşahidə missiyası rəsmən başa çatıb.

300 nəfərlik müşahidəçidən ibarət komanda keçmiş nümayəndə Kofi Annanın planına uyğun olaraq üsyançılar və hökumət qüvvələri arasında kəskin münasibətlərə nəzarət etmək üçün Suriyaya tədricən yerləşdirilmişdi.

BMT və ərəb Dövlətləri Liqasının Suriya məsələləri üzrə xüsusi elçisi Kofi Annan bu ayın əvvəlində tutduğu vəzifədən istefa verib. O bildirib ki, buna səbəb sülh planının praktiki baxımdan gerçəkləşdirilməsinin mümkünsüzlüyü olub.

Onun varisi Əlcəzairin sabiq xarici işlər naziri Laxdar Brahimi deyib ki, onun vəzifəsi vətəndaş müharibəsinə birdəfəlik son qoymaqdır.

Suriya aktivistləri Suriya rejimi əleyhinə 17 aydır ki davam edən etirazlarda 20 mindən çox insanın öldüyünü bildirirlər.
XS
SM
MD
LG