2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 00:14

Bağdadda sünni dini xadimə hücum edilib

Bağdadda törədilmiş partlayış nəticəsində tanınmış sünni dini xadim Mahdi Sumaiday ağır yaralanıb, cangüdənlərindən biri isə ölüb.

Polis hücumun Yarmuk rayonunda törədildiyini deyir.

Partlayış o Ramazan bayramı günü məsçiddə ibadətdən çıxarkən baş verib.

Mahdi Subaiday bu yaxınlarda tərəfdarlarını Nuri əl Malikinin rəhbərlik etdiyi şiə hökumətini dəstəkləməyə çağırıb.
XS
SM
MD
LG