Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:44

Assange tərəfdarları qarşısında çıxış edib


Julian Assange
Julian Assange
Hazırda Londondakı Ekvador səfirliyində olan WikiLeaks saytının banisi Julian Assang bu gün səfirliyin ətrafına yığışmış tərəfdarları qarşısında çıxış edib.

O söz azadlığına tam əməl etməyə çağırıb və dəstəyə görə tərəfdarlarına təşəkkür edib.
Assange qeyd edib ki, onlar ona dəstəklə yanaşı, həm də baş verənlərin şahidləridir.

O həmçinin dəstəyə görə Ekvador xalqı və prezidentinə təşəkkür bildirib.

Assange həmçinin ABŞ prezidenti Barak Obamanı WikiLeaksə qarşı təqibləri dayandırmağa çağırıb.

O deyib ki, Federal Təhqiqat Bürosu istintaqı dayandırmalı və Birləşmiş Ştatlar söz verməldiir ki, saytın əməkdaşları və tərəfdarlarını məhkəmə yolu ilə təqib etməyəcək.

Assange balkondan çıxış edib.

Bu barədə BBC xəbər verir.

O Səfirlikdən kəna çıxsa həbs oluna bilər.

Tanınmış ispaniyalı hüquq müdafiəçisi və vəkil Baltasar Garzon ona təmannasız məsləhətlər verir.

London məhkəməsinin qərarına görə, o seksual zorakılıqda ittiham olunan İsveçə verilməlidir.

WikiLeaks saytının ABŞ barədə minlərlə məxfi sənədlər dərc etməsi dünyada böyük qalmaqala səbəb olub.

Assange hesab edir ki, o sonda Birləşmiş Ştatlara verilə bilər.

Ekvador bu günlərdə ona siyasi sığınacaq verib.

Ekvador prezidenti Rafael Correa isə şənbə günü televiziya ilə xalqa müraciətində Assangeyə dəstək bildirib.

O qeyd edib ki, İsveçdə ona qarşı irəli sürülmüş ittiham Latın Amerikasında cinayət sayılmır.

Başqa bir tərəfdən isə istər Assange, istərsə də Ekvador heç vaxt onun bu ittihama cavab verməməli olduğu deməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG