Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Yəməndə məsciddə törədilmiş partlayışda 1 nəfər ölüb


Yəmənin Abiyan əyalətində məsciddə törədilmiş partlayışda 1 nəfər ölüb, 4 adam isə yaralanəb.

Bu barədə ölkənin müdafiə nazirliyi məlumat verir.

Ölən ekstremist Ansar al Sharia qrupu ilə mübarizə aparan yerli birləşmələrdən birinin lideridir.

İntiharçı məsçiddə yığışmış kütlənin arasında partlayıcını işə salıb.

Onun özünün ölüb-ölməməsi hələlik bəlli deyil.

Dünən şəhərdə hökumət binalarının yerləşdiyi kompleksə edilmiş hücum nəticəsində 17 əsgər ölüb.
XS
SM
MD
LG