Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Pakistanda azı 7 yaraqlı öldürülüb

Pakistanın Şimali Vəziristan əyalətində azı 7 yaraqlı öldürülüb.

Associated Press agentliyinin məlumatına görə ABŞ-ın pilotsuz təyyarəsi Mana şəhərində yaraqlıların getdiyi 2 maşını bombalayıb.

Bu şəhər Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

Dünən isə elə bu əyalətdə keçirilmiş eyni əməliyyat nəticəsində 5 yaraqlı ölüb.

Pakistan ABŞ-ın keçirdiyi bu cür əməliyyatlara suverenliyinin pozulması kimi baxır.

ABŞ isə bunun əl Qaidə ilə mübarizədə gərəkli olduğunu deyir.
This item is part of
XS
SM
MD
LG