Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Ramazan bayramında polis gücləndirilmiş iş rejimində çalışacaq


Foto arxiv
Foto arxiv
Ramazan bayramında Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, nazir Ramil Usubov bayram günlərində kütləvi istirahət və yaşayış yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə əmr imzalayıb.

Bayram günləri həmçinin strateji ərazilər, ictimai nəqliyyat vasitələri, böyük su anbarları və digər əhəmiyyətli obyektlərin mühafizəsi gücləndiriləcək.
XS
SM
MD
LG