Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:26

Amerika ölkələrinin çoxu Ekvadorun qərarını dəstəkləyir


Amerika Dövlətləri Təşkilatı avqustun 24-də Ekvadorun WikiLeaks saytının banisi Julian Assangeyə siyasi sığınacaq verməsi ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

23 dövlət bu məsələdə Ekvadorun qərarını dəstəkləyir.

ABŞ, Kanada, Trinidad və Tobaqo isə əleyhinə çıxır.

Assange hazırda Londondakı Ekvador səfirliyindədir.

O İsveçdə seksual zorakılıqda itiham olunur.

Böyük Britaniya hökuməti onu İsveçə vermək istəyir.

Assange isə hesab edir ki, o sonda Birləşmiş Ştatlara veriləcək.

WikiLeaks saytının ABŞ və digər ölkələr barədə minlərlə məxfi sənədlər yayması dünyada böyük qalmaqala səbəb olub.
XS
SM
MD
LG