Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Gürcüstanda müxalifətin bank hesabları bağlanır


«Gürcü arzusu» koalisiyasının lideri Bidzina ivanishvili
«Gürcü arzusu» koalisiyasının lideri Bidzina ivanishvili
-
Müxalifətin «Gürcü arzusu» koalisiyasının üzvləri deyir ki, hakimiyyət onların partiyalarının bank hesablarına həbs qoyub. Müxalifətin 60 min dolları dövlət büdcəsinə köçürülüb.

Bundan qabaq Gürcüstan hakimiyyəti qanunsuz ianələr ittihamı ilə koalisiyanı 1.5 milyon dollar cərimələmişdi.

Koalisiyanın üzvü - Demokratik Gürcüstan Partiyasının sədri Nodar Khaduri deyib ki, hesablara həbs qoymaqla həmin cərimə pulunu toplayırlar.

Gürcüstan hökuməti hələlik məsələyə münasibət bildirməyib.

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.
XS
SM
MD
LG