Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

BMT-nin Suriyadakı nümayəndəsi Lakhdar Brahimi oldu



BMT əlcəzairli təcrübəli diplomat Lakhar Brahimi`ni Suriyada xüsusi nümayəndə kimi təsdiq edib.

78 yaşlı Lakhar Brahimi Əlcəzairin Xarici İşlər naziri olub. O, bundan əvvəl İraq, Əfqanıstan və başqa mürəkkəb münaqişəli məsələlərin həllində BMT-yə yardım edib.

Bundan əvvəl verilən məlumatda deyilirdi ki, təcrübəli diplomat Suriyada tərəflər arasında sülhün əldə olunması istiqamətində çalışa bilməsi üçün əlavə səlahiyyətlər istəyir.

BMT və ərəb ölkələrinin Suriya üzrə xüsusi nümayəndəsi, BMT-nin keçmiş Baş katibi Kofi Annan bu yaxınlarda istefa verib.
XS
SM
MD
LG