Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:36

Gənclər təşkilatları bir-birini bəyənmir


Ramin Hacılı
Ramin Hacılı
-
Avqustun 12-də Bakıda Beynəlxalq Gənclər Günü qeyd olunub.

Azərbaycan Avropa Hərəkatı və «ABŞ Təhsilli Azərbaycan Məzunları» İctimai Birliyi BMT və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə «Gənclər təşkilatları arasında əməkdaşlıq» mövzusunda konfrans keçirib.

Konfransının təşkilatçılarından olan Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı deyir ki, təkcə konfransla nələrəsə nail olmaq mümkün deyil:

«Bu, bir prosesdir, bu prosesi birinci insanların beyninə yaymaq lazımdır… Ortaq maraqlar mütləq var. İstər müxalifət, istər iqtidar, istər bitərəf-hər bir təşkilat arasında ortaq nöqtə tapmaq mümkündür, amma onlar özləri o ortaq nöqtəni tapmaq üçün müzakirəyə oturmalıdırlar. Bu eyni nəsildir və fərdi şəkildə eyni problemi yaşayırlar.
Rövşən Nəcəfov
Rövşən Nəcəfov
Hər kəsin problemi eynidir, sadəcə kimsə iqtidara yaxın olub çox imtiyazlar qazana bilər, kimsə müxalifətə yaxın olub az imtiyaz əldə edə bilər. Amma ümumi baxanda, hamının problemi eynidir: Hamı korrupsiya, özbaşınalıqla üzləşir».

Gənclər təşkilatları arasında münasibəti qiymətləndirən «ABŞ Təhsilli Azərbaycan Məzunları» İctimai Birliyinin layihə koordinatoru Rövşən Nəcəfov deyir ki, əvvəlki illərlə müqayisədə həm müsbətə doğru dəyişiklik var, həm mənfiyə.

«DÖVLƏTİN GƏNCLƏR SİYASƏTİNDƏ AYRI-SEÇKİLİK VAR»

Azərbaycan Avropa Hərəkatının katibi Pərviz Əzimov isə gənclər təşkilatları arasında münasibəti rəsmi və qeyri-rəsmi hissəyə bölür:
Pərviz Əzimov
Pərviz Əzimov

«Qeyri-rəsmi münasibətlər müxtəlif təşkilatlarının üzvü olan fərdlər arasında olur, rəsmi hissə isə masa arxasında olur. Təəssüflər olsun ki, bu gün təşkilatlardakı fərdlər bir-birini bəyənmir, qısqanclıqla yanaşırlar, müxtəlif formada əməkdaşlıqdan açırlar. Bir neçə il əvvəl bu, daha yaxşı idi. Bir tərəfdən də dövlətin gənclər siyasətində diskriminasiya müşahidə edirik».

Gənclər təşkilatlarının problemlərinə toxunan Ramin Hacılı isə deyir ki, problemlər fəaliyyətsizlik üçün bəhanə olmamalıdır:

«Bir təşkilat özünü müxalif elan edibsə, o bilməlidir ki, ona qarşı təzyiqlər olacaq. Azərbaycanda hansı hakimiyyətin odluğu hamıya aydındır. Bunu təkrar deməyə ehtiyac yoxdur. Müsbətə doğru addımlar kağız üstündə yaxşıdır, reallıqda yoxdur, amma bunu bəhanə kimi istifadə etməyə ehtiyac yoxdur. İnsan bütün bəhanələrdən azad olduqda iradəsini ortaya qoyur. Azərbaycanda bilincli şəkildə insanlara maksimum izah etməyə çalışırlar ki, sən heç nə edə bilmərsən. Təbliğat gedir KİV vasitəsilə ki, təzyiq var, öldürürlər, asırlar, kəsirlər. Nəticədə hamı deyir ki, qardaş, mənim nə işim var?..».


Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG