Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:19

Keçmiş Daxili İşlər naziri 2 il həbs cəzası aldı



Ukraynanın keçmiş Daxili İşlər naziri Yuriy Litsenko avqustun 17-də daha 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. O, nazir olduğu vaxt keçmiş prezident Viktor Yushchenkonun 2004-cü ildə prezident seçkisi zamanı zəhərlənməsində şübhəli bilinən adamların izlənməsinə qanunsuz göstəriş verməkdə ittiham edilir.

Yuriy Litsenko bu ilin fevralından 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt məhkəmə onu mənimsəmə və vəzifədən sui-istifadədə günahkar bilib.
XS
SM
MD
LG