Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:58

Dəməşq aeroportu yaxınlığında toqquşmalar olub


Bu gün Dəməşq aeroportunun yaxınlığında hökumət qoşunları ilə üsyançılar arasında toqquşmalar olub.

Bashar Assadə sadiq qüvvələr Dəməşqin cənub rayonlarını atəşə tutub. Bundan başqa Hələbin şimal məhəllələrində də atışma olub.

Bu haqda Londondakı hüquq müdafiəçiləri məlumat verib.

Bu gün Fransanın xarici işlər naziri Loran Fabius bir daha Bashar Assadi istefa verməyə çağırıb. France-Presse agentliyinə müsahibəsində o deyib ki, yaxın vaxtlarda rejimin bir neçə nümayəndəsi də müxalifətin tərəfinə keçəcək.

Müxalif fəalların verdiyi məlumata görə, dünən Suriyada baş verən qarşıdurmalarda 180 adam həlak olub. Onların əksəriyyəti dinc sakinlərdir. Katan şəhərində isə 65 adamın meyiti tapılıb. Hələlik bu məlumatı digər müstəqil mənbələr təsdiq etməyib.
XS
SM
MD
LG