Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Azərbaycan əsgərinin qayadan yıxıldığı deyilir


APA-nın məlumatına görə hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən «N» saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qeydə alınıb. Məlumata görə, 24 yaşlı əsgər Samir Malik oğlu Adıgözəlov dağdan sürüşərək yıxılıb. Nəticədə ağır xəsarət alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib. Əsgərin vəziyyəti stabil-ağır qiymətləndirilir.

S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG