Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:43

Bu gecədən Neftçilər prospektində hərəkət tam dayandırılır


Bu gecə saat 00.00-dan etibarən Bakının Neftçilər prospektində üç tərəfdən giriş bağlanmaqla avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.

Bu barədə APA-ya «Azəryolservis» ASC-in mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Neftçilər prospektinə avtomobillərin hərəkəti üç istiqamətdən - Azneft dairəsi, Əziz Əliyev küçəsi və Muzey Mərkəzi tərəfindən kəsiləcək.

P. Mürsəliyev yolun təmirlə əlaqədar bağlandığını deyib və sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edib.
XS
SM
MD
LG