Keçid linkləri

2026, 12 Avqust, çərşənbə, Bakı vaxtı 18:04

Qırğızıstandakı Rusiya bazalarının müddəti 15 il uzadıldı

Qırğızıstandakı Rusiya bazasının müddətinin 15 il uzadılması ilə bağlı razılıq əldə edilib.

Bunu Qırğızıstan prezident aparatı xarici əlaqələr şöbəsinin müdiri Sapar İsakov deyib.

İsakov deyir ki, əvvəlki razılaşmaya görə, Rusiya 2017-ci ilədək Qırğızıstandakı hərbi bazalardan istifadə edə bilər və yeni razılaşma bu müddətdən sonra qüvvəyə minəcək.

İsakov deyir ki, 15 illik icarə haqqı ilə bağlı danışıqlar isə davam etdirilir.

Rusiya hazırda hərbi bazalardan istifadəyə görə Qırğızıstana hər il 4,5 milyon dollar ödəyir.
This item is part of
XS
SM
MD
LG