Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

Gəncədəki SSRİ əmanətçilərinə 9,5 milyon manat pul verilib


Bu barədə məlumatı Kapital Bankın Kəpəz filialından veriblər. Məlumata görə, bununla da 67 faiz əmanətçiyə birdəfəlik ödəniş edilib.

Bundan başqa 130 əmanətçiyə vəsait ödənilməyib. Filialdan verilən məlumata görə, həmin əmanətçilərin sənədlərində problem olub və ya yaxud əmanət kitabçaları yararsız halda olub.

Məlumata görə, Gəncədə 80 minə yaxın vətəndaşın əmanəti var. Onlardan isə sadəcə 25 minə yaxın vətəndaş Kapital Bankın filialına müraciət edib.

Ölkə prezidentinin 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq keçmiş SSRİ Əmanət Banklarında pulu qalan əmanətçilərə fərdi birdəfəlik ödəmələr edilir.
XS
SM
MD
LG