Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:57

Lerik rayonunda antik qəbirlər tapılıb


Lerik rayonunun ərazisində bizim eradan əvvəl 3-4-cü əsrə təsadüf edən maddi-mədəniyyət nümunələri aşkar edilib. Bu barədə AzadlıqRadiosuna Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri doktoru, ekspedisiyanın rəhbəri Ceyhun Eminli məlumat verib. Alimin verdiyi məlumata görə, bir aydan çoxdur ki, Lerik ərazisində axtarışlar aparılır.

Ceyhun Eminli: «Gürdəsər kəndinin ərazisində antik dövr üçün, təxminən eramızdan əvvəl 4-cü əsrin əvvəllərinə aid torpaq qəbirlər aşkar edilib. İlk dəfə belə qəbirlər keçən əsrin 80-ci illərində yol çəkilişi zamanı aşkarlanıb. Həmin vaxt bir neçə qəbir dağıdılıb. 2 hektar ərazi tədqiqata cəlb edilib. Hazırda 20-yə yaxın qəbir aşkarlanıb. Antik dövrün qəbirlərində insanlar sağ və ya sol çiyinləri üstündə, bükülü vəziyyətdə dəfn olunurdular. Qəbirlərdə müxtəlif bəzək şeyləri, saxsı qablar da aşkarlanıb. Maraq doğuran odur ki, burda heyvan formalı ritual qablar aşkar olunub».

Alimin dediyinə görə, ərazidə qazıntı işləri ilk dəfə deyil aparılır. 18-ci əsrdə fransız tarixçisi ərazidə axtarış apararaq çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlayıb və onları özü ilə Fransaya aparıb.

İndi həmin maddi-mədəniyyət nümunələri Fransa muzeylərində qalmaqdadır.
XS
SM
MD
LG