Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Jurnalistin həbs müddəti daha 2 ay uzadıldı


Avqustun 16-da «Azadxeber.org» saytının baş redaktoru Nicat Əliyevin həbs müddəti daha 2 ay uzadılıb.

Vəkilin sözlərinə görə, bundan əvvəl istintaq hərəkətlərinin davam etdirilməsi və yeni ittiham irəli sürüləcəyi səbəbi ilə Nicat Əliyevin həbs müddəti 1 ay uzadılmışdı. Vəkil deyir ki, ötən müddət ərzində nə yeni ittiham irəli sürülüb, nə də istintaq hərəkəti aparılıb. Anar Qasımlı bildirib ki, buna baxmayaraq bu dəfə də istintaq tərəfi həbs müddətinin uzadılmasının zəruriliyini yeni ittiham irəli sürülməsi ilə əlaqələndirib.

Nicat Əliyev 2012-ci il mayın 20-də həbs edilib. O, Cinayət Məcəlləsinin qanunsuz narkotik vasitələri hazırlama və saxlamada ittiham olunur.

Hazırda jurnalist Bakı İstintaq Təcridxanasında saxlanır.
XS
SM
MD
LG