Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Müxalifət hələ də 20 il bundan əvvəlki prinsiplərlə yaşayır.


Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə partiyanın internet saytına verdiyi açıqlamasında belə deyib.

«Radikal müxalifət hələ də 20 il bundan əvvəlki prinsiplərlə yaşayır. Ona görə də müxalifətin qarşıdan gələn seçkilərdə uğur qazanması mümkün deyil. Çünki Azərbaycan xalqı indiki hakimiyyətin siyasətini dəstəkləyir. Bu gün iqtidar tərəfindən insanların problemləri həll edilir, sosial vəziyyəti yaxşılaşdırılır. Yəni müxalifətin rəhbərləri düşünürsə ki, insanlar sadəcə, kiminsə bəlağətli ifadəsinə görə onları seçəcək, çox yanılırlar».

Aydın Mirzəzadəyə görə, bu gün Azərbaycanda kifayət qədər demokratik fikirdə olan, mövqeyini müvafiq formada ortaya qoyan tərəflər var.

Millət vəkili hesab edir ki, istənilən seçkidə də ilk növbədə bu tərəflərin fikirləri və ideologiyası arasında mübarizə gedir.
XS
SM
MD
LG