Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:51

«Deməsinlər ki, biz sırf əyləncə üçün velosiped sürürük»


«Təbiət Dostları»
«Təbiət Dostları»
-
2008-ci ildə yaradılan və 500-ə yaxın üzvü olan Yaşıl Velosipedçilər Klubu bundan sonra fəaliyyətini «Təbiət Dostları» adı altında davam etdirəcək.

«Təbiət dostları» İctimai Birliyinin İdarə heyətinin üzvü Elşən Nuriyev deyir ki, yeni təşkilat özündə Yaşıl Velosipedçilər və «Ekotur» klublarını birləşdirir:

«Təşkilat hazırda ekoloji fəaliyyətlər, layihələr, seminarlar keçirir. Yaşıl Velosipedçilər Klubu velosipedlə, «Ekotur» isə ekoloji turizm və yay-qış düşərgələri ilə bağlı fəaliyyət göstərir. Ötən ilə qədər üzvlərimizin sayı 500-ə yaxın idi. Gördük ki, o üzvlər o qədər də fəal deyillər, ona görə də, rəqəmləri sıfırladıq. Yeni bir sistem düşündük, yenidən üzvlüyə qəbul elədik. İstənilən vətəndaş bilməlidir ki, bu təşkilat sırf ekoloji təşkilatdır, missiyası Azərbaycanda ekoloji fəaliyyəti gücləndirmək, qlobal ekoloji problemləri lokal həll etməkdir. Hazırda 60-a yaxın üzv var, hər həftə üzvlərin sayı artır. Ümid edirik ki, ilin sonuna kimi biz yenə o üzvləri, amma daha fəal halda geri qazanacağıq».

Elşən Nuriyev deyir ki, hazırda ekologiya ilə bağlı 10-a yaxın layihə həyata keçirirlər:

««Təbiət dostları» bir il ərzində milli parklarda eko-turizmin inkişafının qiymətləndirilməsini həyata keçirir. Həmçinin, gənc ekoloqlar üçün «yaşıl düşərgə» tədbiri keçiririk ki, bu da 3 ay davam edəcək. Sonra hər ay düşərgələrimiz olacaq. Biz hələ təşkilat yaranmadan eko-düşərgələr edirdik, amma hazırda daha strukturlu edirik. Burda missiya təkcə təbiəti qorumaq yox, həm də yerli əhalinin turizm fəaliyyətindən yararlanmasına şərait yaratmaqdır. Həmçinin, hər il sentyabr ayında «Yaşıl həftə» keçiririk. rəsmi formada velosiped aksiyası olur, bərpa olunan enerjilərlə, tullantıların idarə olunması ilə bağlı seminarlar keçiririk».

VELOSİPEDÇİNİN «SƏHƏRİ» VƏ «AXŞAMI»

«Təbiət dostları» İctimai Birliyinin sözçüsü Sevinc Quliyeva isə təşkilatın layihələrinə olan maraqdan, reaksiyadan danışır:

«Üzv olmayanlar işimizin nəticəsini gördükdən sonra maraqlanırlar təşkilatla. Bizim hər bazar günü keçirilən «Velosipedçinin səhəri» və artıq iki aydır keçirdiyimiz «Velosipedçinin axşamı» layihəmiz də var. Bu layihələr zamanı kənardan daha çox maraq göstərir və qoşulurlar. «Velosipedçinin səhəri»nə üzv olmayanlar da qoşula bilərlər, «Velosipedçinin axşamı»na isə yalnız üzv olanlar qoşula bilərlər, çünki təhlükəsizlik üçün müəyyən «Qızıl qaydalar» var. Təhlükəsizlik, dəbilqə, arxa və ön işıqlar, yol hərəkət qaydalarına riayət etmək lazımdır. «Qızıl qaydalar»a əməl etməyən turlara buraxılmır».

Sevinc Quliyeva qaydaların sərtliyini belə izah edir:

«Biz özümüzü necə göstərsək, elə də qəbul edəcəklər. Deməsinlər ki, biz sırf əyləncə üçün velosiped sürürük, qoy düşünsünlər ki, bu, nəqliyyat vasitəsidir».

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG