Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:07

İnquşetiyada restoranda bomba partladılıb


Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində restoranda naməlum şəxslər bomba partladıb. Partlayış böyük bir yanğına yol açıb, lakin xəsarət alanın olmadığı bildirilir.

Bu partlayışdan bir neçə saat əvvəl isə şəhərdə içki dükanını darmadağın edən hücum baş verib. Burda da ölüm hadisəsinin qeydə alınmadığı deyilir. Ötən ay naməlum şəxslər həmin içki mağazasının içərisinə bomba yerləşdirməyə cəhd edib.

İslam alkoqolu qadağan etdiyi üçün İnquşetiya və Rusiyanın digər Şimali Qafqaz respublikalarında ictimai yerlərdə alkoqollu içki satışına islamçı mücahidlər vaxtaşırı hücum edirlər.
XS
SM
MD
LG