Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:50

Pakistanda hərbi-hava bazasına hücum olub


Pakistanda şübhəli hərbçilər hərbi-hava bazasına hücum edib, bazada saatlarla davam edən atışma olub.

“Mashaal” Radiosunun müxbiri deyir ki, zorakılıq nəticəsində 7 hərbçi və əsgər öldürülüb.

Şübhəlilər Punjab əyalətinin mərkəzi şəhəri Kamrada yerləşən Minhas bazasına gecə yarısı daxil olublar.

Hər hansı qruplaşma bu hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib, lakin bütün hallarda şübhə Talibanın Pakistan qanadı üzərində qalır.

Pakistanın Taliban qruplaşması ötən illər ərzində geniş hücum əməliyyatları, o cümlədən 2009-cu ildə Ravalpindidə hərbi qərargaha hücum həyata keçirib.

Ötən il 6 Taliban yaraqlısı Üsəma bin Ladenin öldürülməsinin qisasını almaq üçün Pakistanın böyük şəhəri Karaçidə hərbi-dəniz bazasına hücum edib.
XS
SM
MD
LG