Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:29

Silah istəyən deputatlar, idman siyasəti və ...


Mətbuat icmalı
Mətbuat icmalı
İqtidar və müxalifət qəzetləri bir neçə ay əvvəl Azərbaycanın şimal-qərbində baş verən zəlzələnin nəticələri haqda nə yazır?


ZƏLZƏLƏ BÖLGƏSİNDƏ ƏHALİ QIŞI ÇADIRLARDA KEÇİRƏ BİLƏR

«Azadlıq» qəzeti Azərbaycanın şimal-qərbində üç ay əvvəl baş verən zəlzələnin nəticəsinin aradan qaldırılması ilə bağlı işlərin acınacaqlı olduğunu yazır.

«İnşaatın intensivliyi çox zəifdir. Məsələn hər bir evin tikintisinə 2-3 nəfər cəlb olunub».

Qəzet yazır ki, belə getsə insanların 70 faizi qışı çadırlarda keçirməyə məcbur olacaq.

Qəzet ikimərtəbəli ev sahiblərinin incidildiyini yazır. Yazıda qeyd olunur ki, birincisi, iki mərtəbəli evlər birmərtəbəli kimi qeydə alınır. Bundan başqa həmin evlərdən xeyli kiçik evlər tikilməsi təklif edilir. Adamlar dəymiş zərərə görə maddi yardım da ala bilmədiklərini deyirlər.

TİKİNTİ SÜRƏTLƏ GEDİR

«Azərbaycan» qəzeti isə zəlzələ bölgəsində tikinti işlərinin sürətlə getdiyini yazır. Qəzet tikinti işlərinin normal getməsi üçün ərazidə çalışan dövlət qurumlarının, tikinti şirkətlərinin əllərindən gələni etdiklərini yazır.

İDMAN SİYASƏTİ...

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Olimpiadada medal sayındakı rekord idmanımızın inkişaf göstəricisidir». «İndiyə qədər ölkəmiz olimpiadalar tarixində bu qədər medal qazana bilməmişdi. Bu ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu təsdiqləyir».

18 İLDİR NAZİR OLAN SƏFƏR ƏBİYEV

«Səfər Əbiyevin heç bir qohumu komandir deyil». Bunu «Bizim yol»a müsahibəsində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. Eldar Sabiroğlu Səfər Əbiyevin 18 il ərzində müdafiə naziri olmasına da münasibət bildirib.

«Mən çox hesab etmirəm. Ona görə ki, Səfər Əbiyev hərbi təcrübəyə və biliyə malik insandır». O, Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması, vahid komandanlıq altında birləşdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin yürütdüyü siyasəti çox ləyaqətlə yerinə yetirir», deyə Sabiroğlu bildirib.

SİLAH VƏ MÜHAFİZƏ İSTƏYƏN AZƏRBAYCAN DEPUTATLARI

«Yeni Müsavat» qəzeti yazır ki, «Azərbaycanlı deputatlar da silah və mühafizə tələb edir». Bəzi millət vəkillərinin fikirlərinin yer aldığı yazıda deputatlar belə bir istəyin bir neçə gün əvvəl Türkiyədə PKK terror təşkilatı tərəfindən bir deputatın oğurlanması ilə əlaqələndirirlər. «Böyük Quruluş partiyasının sədri, deputat Fazil Mustafaya görə, dövlət bunu büdcə vəsaitinin xərclənməsi üçün problem görür.

«Amma yüzlərlə lazımsız məmur var ki, hamısı mühafizə və avtomobillə təmin olub». Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə deyir ki, deputatın silahla təmin olunmasına qanun icazə verir, lakin hansısa səbəbdən deputatlara silah verilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG