Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:04

Dəməşqdə üsyançılarla hökumət qoşunları arasında toqquşma olub


Suriyanın paytaxtı Dəməşqdə üsyançılarla hökumıt qoşunları arasında toqquşma olub.

Dövlət informasiya agentlikləri və müxalifət fəalları bir neçə üsyançının öldürüldüyünü və həbs edildiyini xəbər verirlər.

Toqquşma ysyançıların şəhərdəki hərbi məntəqələrdən birinə hücumundan sonra baş verib.

Müxalifət fəalları bu gün şəhərin bir neçə rayonunda partlayış baş verdiyini deyirlər.

Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının sammiti bu gün sona yetir.

Sammit iştirakçıları Suriyanın təşkilatda üzvlüyünü dayandırmaq istəyirlər.
İran buna qarşı çıxır.

Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta bu arada İranı Suriya rejimini dəstəkləməkdə ittiham edib.
XS
SM
MD
LG