Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:02

ARDNŞ-in işçiləri ixtisar olunur


Foto: Arxiv
Foto: Arxiv
-
Gülsənəm Zülfüqarova Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Qobustan Kəşfiyyat-Qazma İşləri İdarəsində texnik işləyib. İyulun 27-də idarədən ona ixtisar olunması ilə bağlı bildiriş veriblər. Dediyinə görə, onunla birlikdə idarənin 100-ə yaxın işçisinə də bu məzmunda bildiriş verilib.

Bildirişdə yazılıb ki, işçilər ya maaşın 5 mislini götürüb işdən azad olmaq haqqında ərizə təqdim etməli, ya da 2 aydan sonra Məşğulluq İdarəsinə müraciət etməklə müavinət almalıdırlar.

«HƏLƏ 6 İL İŞLƏYƏ BİLƏRƏM»

Gülsənəm Zülfüqarova deyir ki, nə səbəbə ixtisar olunmasını ona düz-əməlli izah etməyiblər də:

«Bildiriş veriləndən sonra soruşdum ki, məni niyə işdən çıxardırsınız? Dedilər ki, 3 uşaq anası kimi analıq pensiyasına çıxmısınız. Ona görə işdən azad olursunuz. Dedim bu, ola bilməz. Mənim pensiyam əmək pensiyası deyil. 54 yaşa keçmişəm, hələ 6 il işləyə bilərəm. Dedilər ki, bizə daxili əmr verilib».

Bundan sonra Qobustan Kəşfiyyat-Qazma İşləri İdarəsinin ixtisara düşən işçiləri etiraz olaraq avqustun 13-də Bakı-Qazax avtomobil yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıblar.

ARDNŞ-in avqustun 8-də yaydığı məlumatda deyilir ki, «Kompleks Qazma İşləri» Trestinin tərkibində olan Qobustan Kəşfiyyat-Qazma İşləri İdarəsi qazma sexi kimi Abşeron Qazma İşləri İdarəsinin tərkibinə verilib. Bu tədbirin bir səbəbi yenidən təşkil olunan struktur vahidlərində iş həcmlərinin azalması ilə izah olunur. Digər səbəblər kimi fəaliyyətdə olan qazma qurğularının mənəvi və fiziki cəhətdən köhnəlməsi,
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
günün tələbləri səviyyəsində işləyə bilməməsi göstərilir.

«GÜNAH RƏHBƏR İŞÇİLƏRDƏDİR»

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, bu ixtisarlar hasilatın azalması ilə bağlıdır:

«Onların işdən çıxarılmasına səbəb Dövlət Neft Şirkəti tərəfindən süni olaraq ştatların artırılmasıdır. Günah vəzifəli şəxslərdə, kadrlar üzrə rəhbər işçilərdədir. Həmin insanların günahı ucbatından məmurun sayı artır, fəhlələr işdən qovulur. İndi həmin insanlar üçün iş yerləri tapmalıdırlar. İşlə təminat haqqında fikirləşməlidirlər. Bu işdən çıxarmalar ölkə başçısının siyasətinə ziddir. Ölkə başçısı yeni iş yerlərinin açılmasından danışır, Dövlət Neft Şirkəti isə adamları işdən çıxarır».

Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev deyir ki, həmin adamlar işsiz qalmayacaq:

«İlk növbədə sərbəstləşən işçilərin arasında yüksəkixtisaslı mütəxəssislər və peşəkar fəhlə kadrları öz peşələrinə uyğun işlə təmin olunacaq. Artıq müəyyən işlər başlayıb.
«Neft Daşları»
«Neft Daşları»
Bizdə hazırda «Azəriqaz» İstehsalat Birliyində, təkcə bir istehsalat birliyində 600-dən artıq vakant yer var. Bundan əlavə, başqa strukturlarımızda da müəyyən qədər işçi yerləri var. Artıq «Azəriqaz» İstehsalat Birliyinə ilk 50 nəfər dəvət olunub. Onlara iş yerləri təklif olunub. İxtisası və iş bacarığı uyğun gələn sərbəstləşən işçilərin yerləşdirilməsi davam edir. Bu proses davam edəcək».

1000-1200 İŞÇİ İXTİSAR OLUNACAQ

Nizaməddin Quliyev deyir ki, ixtisası boş iş yerlərinə uyğun gəlməyənlərin isə ixtisasları artırılacaq. Ya da yeni ixtisaslara yiyələnəcəklər.

Verilən məlumata görə, Kompleks Qazma İşləri İdarəsi üzrə ixtisar olunacaq işçilərin sayı maksimum 1000-1200 arasında olacaq.

Gülsənəm Zülfüqarova isə deyir ki, bu vaxta qədər 270 manat maaş alırmış. Üç ay əvvəl maaşları qalxaraq 425 manata çatıbmış:

«Elə təzə sevinmişdim ki, işdən çıxartdılar».

O, işdən çıxarılan digər həmkarları kimi öz hüquqları uğrunda axıra qədər mübarizə aparacağını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG