Bu barədə layihənin icraçısı Gəncə Aqrobiznes Assosiasiyasının proqram və xidmət departamentinin assistenti Cəfər Cəfərov deyib. Bildirib ki, layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
«İllüstrasiya və fəaliyyətlər yolu ilə ətraf mühitin mühafizəsi» adlı layihə 8 ay davam edəcək. Müsahibin bildirdiyinə görə, layihə çərçivəsində 20 gənc könüllü seçilib. Onlar ətraf mühitin qorunması və plastik qabların ekologiyaya vurduğu ziyan barədə təlimatlandırılıblar. Könüllülər sonradan ali təhsil ocaqlarında, orta məktəblərdə, bir sıra təşkilatlarda daha 600 nəfərin maarifləndirilməsini təmin edəcəklər.
Onun sözlərinə görə, şəhərin bir sıra təşkilatlarında plastik qabların yığılması üçün qutular yerləşdirilib. Bura toplanan istifadəsiz plastik qablar təşkilat tərəfindən aparılaraq emal müəssisəsinə verilir.
Gələcəkdə bu kimi qabların sayının artırılması nəzərdə tutulur.