Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

Bakının mərkəzi yollarından biri bağlanır


Bakının mərkəzi yollarından biri müvəqqəti bağlanacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən çərşənbə günü Trend-ə bildirilib ki, avqustun 16-dan etibarən Səbail rayonu ərazisində, Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq «Dalğa Plaza»nın qarşısına qədər olan yol müvəqqəti olaraq təmir-tikinti işləri ilə əlaqədar bağlanacaq. Həmin yol təmir-tikinti işləri başa çatana kimi bağlı olacaq.

Məlumata görə, bu müddətdə sürücülər Xanlar, Teymur Elçin, Əhəd Yaqubov, Qurban Abbasov küçələrindən alternativ yol kimi istifadə edə bilərlər.

Yol polisi sürücülərə qeyd olunan alternativ yollardan istifadə etməyi tövsiyə edir.
XS
SM
MD
LG