Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 01:03

Argentinada keçmiş prezidentin məhkəməsi başlayıb

Argentinada keçmiş prezident Fernado de la Ruanın məhkəməsi başlayıb. O, senatorları ələ almada günahlandırılır.

İstintaq bildirir ki, 2000-ci ildə keçmiş prezident kütləvi olmayan əmək qanunvericiliyi islahatlarını dəstəkləmək üçün parlament üzvlərinə 5 milyon dollar verib. Keçmiş prezident isə ittihamları qəbul etmir. Bunun siyasi motivli olduğunu bildirir.

Fernado de la Rua prezident postunu 2001-ci ildə ölkədəki iqtisadi böhranla başlayan etirazlar fonunda tərk edib.
This item is part of
XS
SM
MD
LG