Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 17:26

Bakıda 2 nəfəri əqrəb sancıb

Ötən gün Bakıda 2 nəfəri əqrəb sancıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, Bakının Xəzər rayonunda 52 yaşlı qadın, Qaradağ rayonunda isə 23 yaşlı oğlan əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edib.

Onlara ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər.
This item is part of
XS
SM
MD
LG