Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Azərbaycan İrana 25 maşın hümanitar yardım çatdırıb

Foto arxiv
Foto arxiv
Azərbaycanın İranda zəlzələdən zərər çəkənlərə göndərdiyi humanitar yardım karvanı artıq İrana çatıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 25 maşından ibarət humanitar yardım İranın
Biləsuvar bölgəsində İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə təhvil verilib.

Humanitar yardım 3000 ədyal, 1000 yataq dəsti, 460 çadır, 40 ton un, 20 ton düyü, 9 ton çay, 10 ton qənd, 19 ton yağ, 10 ton makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsullarından ibarətdir.
This item is part of
XS
SM
MD
LG