Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 00:25

İranda uçqunun altından 2 sağ adam çıxarılıb


Avqustun 14-də İranın Şərqi Azərbaycan əyalətində uçqunun altından 2 sağ adam çıxarılıb.

Rəsmi İRNA agentliyi onların səhətinin yaxşı olduğunu xəbər verir.

Avqustun 11-də əyalətdə baş vermiş güclü zəlzələ nəticəsində 300-dən çox adam ölüb, 3 mindən çox adam evsiz qalıb.

İran ilkin olaraq xarici yardımlardan imtina etsə də bazar ertəsi onu qəbul etməyə hazır olduğunu bəyan edib.

ABŞ vətəndaşları da beynəlxalq sanksiyalardan çəkinməyərək zəlzələdən zərər çəkənlərə hümanitar yardım göndərə bilər.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib.
XS
SM
MD
LG