Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:16

Azərbaycan idmançıları Londonda 4 milyon manat qazandılar


Şərif Şərifov
Şərif Şərifov
-
Azərbaycanın London Olimpiadasında medal qazanan idmançılara və onların məşqçilərinə ödəyəcəyi pul mükafatının ümumi məbləği təxminən 4 milyon 50 min manat təşkil edir.

Londonda Azərbaycan 2-si qızıl, 2-si gümüş, 6-sı bürünc olmaqla 10 medal əldə edib.

Prezident İlham Əliyev mükafatlandırma ilə əlaqədar həm ölkə başçısı, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi ayrıca sərəncamlar imzalayıb. Bu sərəncamlara əsasən, idmançılara və məşqçilərə veriləcək pul mükafatının məbləği belə olacaq:

Toğrul Əsgərov (sərbəst güləş, qızıl) – 600 min manat (məşqçisi: 300 min manat)

Şərif Şərifov (sərbəst güləş, qızıl) – 600 min manat (məşqçisi: 300 min manat)

Rövşən Bayramov (Yunan-Roma güləşi, gümüş) -300 min manat (məşqçisi: 150 min manat)

Mariya Stadnik (Yunan-Roma güləşi, gümüş) - 300 min manat (məşqçisi: 150 min manat)

Emin Əhmədov (Yunan-Roma güləşi, bürünc) - 150 min manat (məşqçisi: 75 min manat)

Yuliya Ratkviç (Yunan-Roma güləşi, bürünc) - 150 min manat (məşqçisi: 75 min manat)

Xetaq Qazyumov (sərbəst güləş, bürünc) - 150 min manat (məşqçisi: 75 min manat)

Valentin Xristov (ağırlıqqaldırma, bürünc) - 150 min manat (məşqçisi: 75 min manat)

Teymur Məmmədov (boks, bürünc) - 150 min manat (məşqçisi: 75 min manat)

Məhəmmədrəsul Məcidov (boks, bürünc) - 150 min manat (məşqçisi: 75 min manat)
XS
SM
MD
LG