Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:56

İran səfirliyi prezidentin qəbuluna qatılmamalarına aydınlıq gətirib


İranın Azərbaycandakı səfirliyi prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə İslam dövlətlərinin diplomatları üçün keçirdiyi qəbulda İran səfirliyinin nümayəndəsinin iştirak etməməsi ilə bağlı açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada səfirliyin nümayəndəsinin görüşə qatılmamasının səbəblərinə aydınlıq gətirilib.

«Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan prezidentinin mübarək Ramazan ayı münasibətilə müsəlman ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin başçıları ilə görüşündə hazırlıqlara rəğmən İran İslam Respublikası səfirliyinin nümayəndəsinin iştirak edə bilməməsi bu görüşün vaxtının dəyişməsi ilə əlaqədar düzgün məlumatlandırmanın olmaması, texniki məsələlər, eləcə də lazımi əlaqələndirmə işlərinin aparılmaması ilə bağlı olub», - deyə açıqlamada bildirilir.
XS
SM
MD
LG