Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

Müxalifətçi jurnalisti federal kanallardan uzaqlaşdırdılar


Sobçak sorğu-sual üçün polisə çağrılıb, 15 iyun 2012
Sobçak sorğu-sual üçün polisə çağrılıb, 15 iyun 2012
-

Müxalifətin etiraz aksiyalarına qatılan tanınmış rus jurnalisti Ksenya Sobçakı federal kanallardakı sonuncu layihədən də uzaqlaşdırdılar.

Муз-ТВ-də «Топ-модель по-русски» proqramının aparıcılığından məhrum edilən Sobçakın yerinə futbol ulduzu Ronaldonun sevgilisi, topmodel İrina Şeyk gətirilir.

Sobçak bunu siyasi səbəblərlə izah edir. Onun bəzi müxalifət liderləri (Navalnı, Udaltsov və başqaları) ilə yaxşı münasibətləri var və hətta bir neçə ay qabaq polis onu saxlamış, evində axtarış aparmış, xeyli pulunu müsadirə etmişdi.

Sobçak Twitter-də yazıb ki, yeni aparıcıya yalnız modadan danışmağı məsləhət görür, çünki əks halda problemləri ola bilər:

"Məni işdən çıxarıblar, soruşuram niyə? Deyirlər sən özün hər şeyi bilirsən də, biz istəmirdik, amma yuxarıdan zəng oldu..."

Sobçakı bundan qabaq ТЭФИ mükafatının təqdimetmə mərasimindən də kənarlaşdırmışdılar. Nominasiyalardan biri üzrə mükafatı o, təqdim etməli idi.

«Дом-2» proyektini isə o özü tərk edib.

Amma Sobkaç işsiz qalmayıb. O hazırda müxalifətyönlü «Дождь» telekanalında «Собчак живьем», Gürcüstanın «Пик» kanalında isə «Главная тема» verilişlərini aparır.

Ölkənin bütün ərazisinə yayınlanan kanallardakı layihələrdən uzaqlaşdırılmayana qədər onun illik gəliri 2 milyon dollar təşkil edirdi.

Ksenya Sobçak ötən əsrin 90-cı illərində indiki prezident Putini siyasətə gətirən və bir neçə il onun şefi olmuş Sankt-Peterburqun ilk meri Anatoli Sobçakın qızıdır.

Sobçakın "Ədalətli seçki uğrunda" mitinqdə çıxışı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG