Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:54

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanına səfər edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərinə səfər edəcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, səfərdə məqsəd 14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığında keçiriləcək İslam Zirvə Toplantısının dördüncü fövqəladə sessiyasında iştirak etməkdir.

Prezident İlham Əliyev sözügedən Zirvə Toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbduləziz əl Səud tərəfindən dəvət edilib.

Zirvə Toplantısında Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunacaq.
XS
SM
MD
LG