Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 23:24

BMT rəsmisi Suriyaya və Livana gedəcək

BMT-nin humanitar əməliyyatlar idarəsinin rəhbəri Valerie Amos avqustun 14-16-da Suriya və Livana gedəcək. Amos bildirib ki, səfəri Suriyada ağırlaşan humanitar vəziyyətlə bağlıdır.

Valerie Amos həm Suriyanın özündə, həm də qonşu ölkələrdəki qaçqın düşərgələrində də olacaq.

Hazırda Suriyada - Dəməşq ətrafında və Hələbdə döyüşlər davam edir. Bu gün təhlükəsizlik qüvvələri Dəməşqin mərkəzində həbslər keçirib. 20-dən çox adam həbs olunub.
This item is part of
XS
SM
MD
LG