Keçid linkləri

2026, 29 İyul, çərşənbə, Bakı vaxtı 01:50

Bakıda hərbi şəhərcikdə faciəli hadisə baş verib

Bakıda hərbi şəhərcikdə faciəli hadisə baş verib. Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Güzdək qəsəbəsində yerləşən «N» saylı hərbi hissəyə məxsus hərbi şəhərcikdə qeydə alınıb. Hərbçilərə məxsus beşmərtəbəli binada təmir işləri aparan, Ağsu sakini, 52 yaşlı Fəzail Xanalı oğlu Alıyev hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır
This item is part of
XS
SM
MD
LG