Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:49

Iranda zəlzələdən 306 adam ölüb, 3037 adam yaralanıb


İranın Səhiyyə Naziri Marzieh Vahid Dastjerd parlamentdə deyib ki, şənbə günü Təbriz şəhəri ətrafında baş verən zəlzələdə 306 adam həlak olub, 3037 adam yaralanıb.

600-dən çox kənd ziyan çəkib. İranın Qırmızı Aypara Cəmiyyəti 16 min adam üçün 6 minə yaxın çadır qurub.

Avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 ballıq, 11 dəqiqə sonra isə 6,3 bal gücündə zəlzələ olmuşdu.
XS
SM
MD
LG