Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Bakıda iki uşaq dənizdə boğulub


Xəzər dənizi
Xəzər dənizi
Bakıda 2 nəfər dənizdə çimərkən boğularaq ölüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə deyib ki, onların hər ikisi uşaq olub.

12 yaşlı qız uşağı Pirşağı, 9 yaşlı oğlan uşağı isə Buzovna çimərliyində çimərkən boğulub.

Vahidova deyib ki, ümumilikdə avqustun 11 və 12-də suda boğulma hallarının baş verməsi ilə əlaqədar stansiyaya 6 müraciət daxil olub.

Onlardan 4- xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG