Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Daşkəsəndə dəmir filizi istehsalı artır


Daşkəsəndəki Filizsaflaşdırma ASC istehsal gücünü 2 dəfəyədək artıracaq.

Müəssisənin ay ərzində 100 min ton dəmir filizi istehsal edəcəyi gözlənilir.

Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev məlumat verib. Onun sözlərinə görə, müəssisəyə yeni işçilərin qəbuluna başlanılıb.

Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, artıq 90 nəfərin müəssisəyə müraciət ərizəsi toplanıb.

Cavanşir Qovayevin deməsinə görə, ilin sonunadək istehsal gücünün artırılması nəzərdə tutulub.

Daşkəsən Filizsaflaşdırma Det.Al.Limited şirkətinin vəsaiti hesabına maliyyələşir.

Hazırda müəssisə ay ərzində 40-50 min ton dəmir filizi hasil etmək gücündədir.

Daşkəsən Filizsaflaşdırma ASC tərəfindən indiyədək Daşkəsən bölgəsindəki dəmir filizi yataqlarında kəşf olunmuş dəmir filizi ehtiyatı 350 milyon tondan artıqdır.
XS
SM
MD
LG